AZ

Abdulla Zubir: “Azərbaycanda həyat gözəldir”

“Azərbaycanda futbolu sevirlər ”.

İdman.biz xəbər verir ki, bunu Fransanın “Lequipe” nəşrinə müsahibəsində “Qarabağ”ın futbolçusu Abdulla Zubir deyib.

Ağdam klubunda 7-ci mövsümünü keçirən fransalı yarımmüdafiəçi Bakıda hər şeyin onun üçün ideal olduğunu bildirib: “Burada çox adam məni tanıyır və bu səbəbdən də küçədə gedərkən saxlayırlar da. Heç bir gərginlik hiss etmirəm. Yersiz şərh də eşitməmişəm. Sahildə yaşayıram, restoranlar hamısı Fransadakı kimidir. Burda həyat gözəldir. Hər şey sakitdir və təhlükəsizlik baxımından çox yaxşıdır”.

32 yaşlı futbolçu “Qarabağ”ın tarixi və hədəflərindən də danışıb: “Klub ambisiyalıdır, 11-ci dəfə ardıcıl avrokubokda çıxış edir və bu, məni çox həyəcanlandırır. “Arsenal”, “Bayer”, “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasında iştirak etməmişəm. Bunu “Qarabağ”la yaşamağı çox istəyərəm”.

Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı bu gün saat 21:45-də start götürəcək.

İdman.biz

Seçilən
19
idman.biz

1Mənbələr