AZ

Bu il sosial-iqtisadi sahədə mühüm işlər görüldü? - İQTİSADÇI FİKRİ

“2024-cü il Azərbaycan iqtisadiyyatının dayanıqlılığının qorunması istiqamətində makro-istiqadi müstəvidə tədbirlərin həyata keçirilməsi ilə yadda qaldı. Belə ki, ölkənin sosialyönümlü tədbirlərinin həyata keçirilməsinin ardıcıl şəkildə davam etdirilməsi daxili bazarın qorunmasına, eyni zamanda ölkədə əhalinin geniş kateqoriyalarının sosial müdafiəsinə şərait yaratmış oldu”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, sosial-iqtisadi siyasətin məhz sosialyönümlü şəkildə davam etdirilməsi çox mühümdür: “Müharibə iştirakçılarına, əhalinin digər həssas kateqoriyalarına ünvanlı sosial yardım mexanizmlərinin həyata keçirilməsi sosial-iqtisadi sahədə görülən vacib işlərdəndir. Eyni zamanda keçirilən tədbirlərə nəzər yetirsək, görərik ki, həm alıcılıq qabiliyyətinin qorunması nöqteyi-nəzərindən, həm də əhalinin həssas kateqoriyalarının sosial müdafiəsi baxımından bu il müsbət dəyişikliklərlə yadda qaldı. Bununla yanaşı işğaldan azad olunmuş ərazilərdə bir sıra iri investisiya layihələrinin həyata keçirilməsi qeyd olunmalıdır ki, bu da həmin ərazilərin Azərbaycanın sosial-iqtisadi inkişafı nöqteyi-nəzərindən prioritet təşkil etdiyini göstərmiş oldu. Bir sıra məsələlər isə ölkəmizin imicinin möhkəmləndirilməsi ilə bağlı idi. Bu baxımdan COP29-a ev sahibliyi etməyimiz və Azərbaycanın iqlim məsələləri ilə bağlı adekvat, elmi cəhətdən əsaslandırılmış mövqeyinin dünya ictiamiyyətinə çatdırılması qeyd olunmalıdır. Bütün bunlar ölkəmizin statusunun möhkəmləndirilməsinə və gücləndirilməsi şərait formalaşdırmış oldu”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
12
sia.az

1Mənbələr