AZ

Son 10 gündə 41 mindən çox insan evini tərk edib

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Haitinin paytaxtı Port-au-Princedə artan zorakılıqların son 10 gündə 41 mindən çox insanın evini tərk etməyə məcbur etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Haitidə baş verənlərlə bağlı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"Təkcə son 10 gündə artan zorakılıqlar Port-au-Princedə 41 mindən çox insanı didərgin salıb. Bu insanların 90 faizindən çoxu 23 təcili yardım mərkəzində qalır", - məlumatda deyilir.

Məlumatda BMqT qruplarının son dərəcə çətin şərtlər altında həyati xilasetmə yardımı çatdırdığı və təcili beynəlxalq dəstəyin kritik əhəmiyyət daşıdığı vurğulanıb.

İllərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haiti 11 milyonu keçən əhalisi ilə aclıq təhlükəsi ilə üz-üzədir.

Silahlı dəstələrin paytaxtın 80 faizinə nəzarət etdiyi ölkədə zorakılıq günü-gündən artır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Haitidəki İnteqrasiya Ofisinin məlumatına görə, ilin əvvəlindən bu yana silahlı dəstələrin hücumları nəticəsində 3900 nəfər həlak olub.

Seçilən
7
cebheinfo.az

1Mənbələr