AZ

Yerə zibil atanlar kameralarla aşkar edilərək cərimələnir - Türkiyədə

Türkiyənin Kırıkkalə şəhərində ətraf mühiti çirkləndirənlər təhlükəsizlik kameraları ilə müəyyən edilir.  cərimələnib.

Milli.Az xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində yerə tullantı atan şəxslər cərimələnib. 

Bir saat ərzində toplanan tullantılar reklam lövhələrində "Bu tullantılar 1 saat ərzində bu prospektdən toplandı" başlığı ilə sərgilənib.

Kırıkkalə bələdiyyə sədri Ahmet Önal əsas məqsədlərinin cəza deyil, həssaslıq yaratmaq olduğunu bildirib və ətrafı çirkləndirən fərdi davranışların gələcək nəsilləri də təsir etdiyini vurğulayıb. O, şəhəri təmiz saxlamağın hər kəsin məsuliyyəti olduğunu qeyd edib.

Aysel Əkbər
Milli.Az
Seçilən
7
1
milli.az

2Mənbələr