Daha əvvəl paytaxtdakı piyada keçidlərinin vəziyyəti ilə bağlı dərc etdiyimiz xəbərlər hələ ə öz aktuallığını qoruyur.
Avtosfer.az xəbər verir ki, ötən ayın əvvəli Bakının Nizami rayonunda yerləşən piyada keçidinin nasaz vəziyyəti ilə bağlı məlumat vermişdik.
Belə ki, rayonun Elşən Süleymanov küçəsində körpələr evinin qarşısındakı “zebra” bir müddət əvvəl baş verən hadisə səbəbindən yararsız vəziyyətə düşüb. Keçidin fotoları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. Dünən axşam saatlarında əməkdaşımız piyada keçidini göstərən yol nişanının yerləşdiyi ərazidə olub.
Əməkdaşımızın təqdim etdiyi videodan da məlum olur ki, hələ ötən ay xəbərini verdiyimiz yol nişanı hələ də bərpa edilməyib. Nişanın təmir və ya bərpası ilə bağlı işlər gecikdiyi üçün sakinlər axşam saatlarında yaşadıqları binalara yaxınlaşmaqda problemlərlə qarşılaşıblar. Onlar küçənin bu hissəsindəki “zebra”nın uzun müddətdir silinməsi bir yana, yol nişanının nasazlığı səbəbilə sürücülərin piyadalara yol verməməsindən şikayətləniblər. Üstəlik, mövsümlə əlaqədar havanın tez qaralması səbəbilə, bağçadan övladını götürən valideynlər yolu keçməyin daha da çətinləşdiyini bildirir.
Əməkdaşımızın Elşən Süleymanov küçəsindən çəkdiyi həmin göründtüləri sizə təqdim edirik:
Səfər