AZ

Cənubi Koreya Ukraynaya silah satmaqdan imtina edib - KİV

Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti Cənubi Koreya hakimiyyətindən Ukrayna Silahlı Qüvvələri üçün silah satmağı xahiş edib. Söhbət Cheongung zenit-raket sistemlərindən və digər hava hücumundan müdafiə sistemlərindən gedirdi.

Missiya.Az xəbər verir ki,bu barədə Cənubi Koreyanın “SBS” telekanalı məlumat yayıb.

Bildirilir ki, Seul aktiv döyüş bölgələrinə silah tədarükünü qadağan edən ixrac qanunlarının məhdudlaşdırılması səbəbindən bundan imtina edib.

Umerov Cənubi Koreya prezidenti və milli müdafiə naziri ilə görüşü zamanı təkcə Cheongung komplekslərini deyil, həm də hava hücumundan müdafiə və batareyaya qarşı döyüş üçün radar sistemlərini əldə etmək arzusunda olduğunu bildirib. 

Məlumata görə, Cənubi Koreya hökuməti yüksək tələbat və ixrac öhdəlikləri səbəbindən Cheongung sistemlərinin 2030-cu ilə qədər çatdırılmasının mümkün olmadığını açıqlayıb. 

Qeyd olunub ki, bundan əlavə, onlar Ukrayna tərəfinin də marağına səbəb olan K2 tanklarının və K9 özüyeriyən artilleriya qurğularının ixrac üçün mövcud olmadığını bəyan ediblər.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr