Azərbaycan I Liqasında VIII turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub. “Mingəçevir” “Difai” ilə heç-heçəyə razılaşıb.
Turun mərkəzi görüşü Yevlaxda baş tutub. “Qəbələ” burda “Karvan”a qalib gələrək, liderliyə yüksəlib.
28 noyabr (cümə axşamı)
14:30. “Difai” – “Mingəçevir” 3:3
Qollar: İ.Allahverdiyev, 58-pen; 81, C.Kamta, 90+4 – İ.Əliyev, 19, 48, T.Məmmədzadə, 61-pen.
14:30. “Karvan” – “Qəbələ” 0:1
Qol: N.Rəşidov, 88