AZ

Sumqayıtın icra başçısı Zakir Fərəcov vəzifəsindən çıxarılır

Bu günlərdə 75 illik yubileyi olunan Sumqayıt şəhərinə yeni icra başçısının təyin olunacağı gözlənilir. İndiki icra başçısı Zakir Fərəcov isə təqaüdə göndəriləcək. Yəni, ona daha başqa bir vəzifə verilməyəcək.

Daxil olan məlumata görə, 71 yaşlı Zakir Fərəcov barədə siyasi qərar daha əvvəl veriləcəkmiş. Amma şəhərin 75 illik yubileyi ilə bağlı tədbirlər qərarın ertələnməsinə səbəb olub. Səbəb isə Fərəcovun yeni komandanın şərtlərinə uyğun olmaması, adının maliyyə fırıldaqları başda olmaqla bir-sıra cinayət işlərində hallanması və s. amillər göstərilir. 

Həmçinin, Zakir Fərəcovla hakim ailəyə yaxın olan Göyçayın sabiq icra başçısı Mehdi Səlimov arasında qohumluq əlaqələrinin pozulması ətrafında davam edən qalmaqal Sumqayıtın başçısının bitirilməsini şərtləndirir. 

Məlumatda bildirilir ki, ilin sonuna kimi Zakir Fərəcov vəzifəsindən çıxarılacaq.

Mənbə: AzToday.az 

Seçilən
19
paytaxt.org

1Mənbələr