AZ

Zubir fransızlara acıq verdi: “Bu hissi məhz “Qarabağ”la yaşamaq istəyirəm”

“Qarabağ” bu gün Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Lion”u sınağa çəkəcək.

“Football-plus.az” xəbər verir ki, “köhlən atlar”ın futbolçusu Abdulla Zubir matçla bağlı fikirlərini Fransanın məşhur “L'Equipe” nəşriylə bölüşüb:

“Qarabağ” avrokuboklarda xeyli oyun keçirib. Bu səbəbdən böyük təcrübəmiz var. 11-ci mövsümdü burdayıq. Hər şey əladı. Əsl, ən əyləncəli oyunlarımızı avrokuboklarda keçiririk. “Qarabağ”ın heyətində “Arsenal”, “Tottenhem”, “Vilyarreal” kimi güclü komandalara qarşı oynamışam. Amma hələ ki Çempionlar Liqasında çıxış etməmişəm. İki dəfə pley-off mərhələsinə qədər irəliləsək də, son anda dayanmışıq. Bu hissi məhz “Qarabağ”la yaşamaq istəyirəm. Komandamız həmişə gözləniləndən, gücü çatandan daha artığını etmək uğrunda mübarizə aparıb və özünü təsdiq edib”.

KƏNAN BAHADIR
Seçilən
14
football-plus.az

1Mənbələr