İctimaiyyətdə tez-tez müxtəlif ucuz və keyfiyyətsiz məhsullar barədə məsələ aktullaşır. Məsələn, keyfiyyətsiz yağlar, yuyucu vasitələr, hətta linzalar, geyimlər və s. Belə məhsullardan biri də məhz 1-2 manatlıq dəriyə qulluq və makiyaj vasitələridir.
Sosial mediada “endirim” adıyla reklam edilən, markası bəlli olmayan məhsullarla bağlı xeyli xəbərdarlıqlar edilir.
Ekspertlər deyir ki, bu vasitələrin dəriyə xeyrindən çox ziyanı var.
Bizim.Media məsələylə bağlı dermatoloq Tünzalə Əzizlinin fikirlərini öyrənib. Müsahibimiz mövzuya elə atalar sözüylə başlayıb - “Ucuz ətin şorbası olmaz...”
O alıcılara məhsulların tərkibinə aldanmamağı məsləhət görüb:
“Bu cür məhsulların qablaşdırmasında tərkibləri yazılsa da, içindəki inqridiyentlərin nədən ibarət olduğunu bilmirik. Bir qulluq vasitəsinin tərkibinin zəngin olması onun yaxşı effekt verəcəyi anlamına gəlmir”.
Saxta qulluq vasitələrinin dəriyə hansı təsirləri ola bilər?
“Belə məhsullar dərinin tipini tamamilə dəyişə, eləcə də dəridə qaşınma, qızartı və şişmə yaradar. Bu hallar isə aknelər yaradar”-deyə dermatoloq qeyd edib.
“Xəstələr həkimə müraciət etməyib, vəziyyəti ağırlaşdırırılar”
Tünzalə Əzizli dəri problemi yaşayan xəstələrin həkim məsləhətinə yox, “qohum-qonşu” sözünə qulaq asmasının nəticələrindən də danışıb:
“Bəzi xəstələr belə hallar yaşananda həkimə müraciət etməyib, eşitdikləri məsləhətlərə əməl edirlər.Yaxud özbaşına kremlərdən istifadə edib, vəziyyəti daha da ağırlaşdırırlar. İş-işdən keçəndən sonra isə dermatoloqa müraciət edib. problemi həll etmək istəyirlər. Halbuki ilkin mərhələdə müraciət olunarsa, daha tez və asan şəkildə nəticə əldə etmək mümkün olardı”.
Nəzrin Mirzəyeva, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta