Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər 7 gəncdən 1-i psixi sağlamlıq problemləri ilə mübarizə aparır.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus “X” platformasında paylaşım edib.
O qeyd edib ki, 15-29 yaş qrupunda intiharlar 3-cü əsas ölüm səbəbidir.
"ÜST və BMT-nin Uşaq Fondunun (UNICEF) təlimatları hər bir ölkənin uşaqlar və gənclərə göstərilən qayğının keyfiyyətini yaxşılaşdırmaq üçün necə hərəkət edə biləcəyini nümayiş etdirir. İnanıram ki, bu təlimatlar dəyişikliklərə ilham verə bilər", - Qebreyesus bildirib.