AZ

Bakıda Ukrayna Kino Günlərinin açılış mərasimi olub

Bakıda Ukrayna Kino Günlərinin açılış mərasimi olub.

APA xəbər verir ki, Ukraynanın Azərbaycadakı səfiri Yuri Husev bildirib ki, festival çərçivəsində göstəriləcək ilk film Krıma aparan yolu özündə simvolizə edir:

"Bu tədbirin keçirilməsində məqsəd Ukrayna kinematoqrafiyasının müharibə dövründə yaşadığı çətinlikləri nümayiş etdirməkdir. Bu gün nümayiş etdirəcəyimiz "Evə" adlı filmdə Ukraynanın ərazisi olan Krıma gedən yoldan bəhs edir. Bu film Krım tatarlarının dilindən lentə alınıb. Biz eyni zamanda Ukrayna Ədəbiyyatı günlərinin keçirilməsini də planlaşdırırıq. Fürsətdən istifadə edərək biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk".

Rejissor, aktyor Ahtem Seitabayev isə tədbirə gələn qonaqlara təşəkkür edib.

O bildirib ki, sözügedən filmdə çəkilmək sənət həyatının önəmli mərhələsini təşkil edib:

"Bu film ilk dəfə Kann Festivalının xüsusi nümayiş proqramı çərçivəsində göstərilib. Bir azdan nümayiş olunacaq bu ekran işi bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Ümid edirik ki, bu film Azərbaycan tamaşaçısı tərəfindən də sevilərək izlənəcək".

Daha sonra "Evə" filminə baxış keçirilib.

Qeyd edək ki, Azərbaycanda Ukrayna Kino Günləri dekabrın 1-dək davam edəcək.

Seçilən
6
1
apa.az

2Mənbələr