AZ

Dost ölkədən Bakıya qarşı sərhəd təxribatı – “Hazırlıq gedir, 6 ay sonra…”

Rəsmi Bakı Polşa Prezidenti Andjey Dudanın Ermənistana rəsmi səfəri zamanı Azərbaycanla sərhədə getməsini pisləyib. XİN-dən bildirilib ki, Azərbaycanın “strateji tərəfdaşı” olan ölkənin prezidentinin çoxsaylı müraciətlərə rəğmən qəbuledilməz diplomatik “binokl şou”sunda iştirakı təəssüf doğurur.

Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, A.Dudanın Ermənistana səfərinin mühüm səbəbləri var:

“Duda Avropa İttifaqının yeni sədri olacaq. Çünki sədrlik 6 aylıq Polşaya keçəcək. Görünür, o, həmin müddətdə Aİ-Ermənistan münasibətlərinin necə olacağını erməni həmkarı ilə müzakirə etmək istəyib”.

(Duda Avropa İttifaqının “müşahidə missiyası” ilə sərhədimizdə)

Ekspert deyib ki, Ermənistandakı “mülki missiya”nın səlahiyyəti gələn il yekunlaşır:

“Yəqin ki, Duda bu barədə də müzakirələr aparıb. İndiki məqamda bu missiyanın Ermənistanda qalması, hətta tərkibinin artırılması həm Aİ-yə, həm də İrəvana lazımdır. O, sözügedən məsələni müzakirə etmək üçün Ermənistana getmiş ola bilər.

O ki qaldı XİN-in reaksiyasına, təbii ki, Azərbaycan tərəfi haqlıdır. Yəni bizim aspektdən baxdıqda Dudanın addımı qeyri-dost davranışdır. Düşünürəm ki, rəsmi Bakı məsələ ilə bağlı lazımi addımları atacaq”.

Seçilən
15
turkustan.az

1Mənbələr