AZ

Hələb və İdlib əyalətlərində Əsəd rejimi ilə rejim əleyhdarı qruplar arasında qarşıdurmalar davam edir.



Suriyanın Hələb və İdlib əyalətlərində Bəşər Əsəd rejimi ilə rejim əleyhinə silahlı Heyət Təhrir əş-Şam (HTŞ) arasında qarşıdurmalar davam edir.Toqquşmalar ilk olaraq dünən səhər tezdən Hələb vilayətinin qərb çölündə başlayıb və gün ərzində davam edib.

Ötən gün Hələbin qərbində 32 kənd və məntəqəni nəzarətə götürən silahlı qruplar bu gün səhər saatlarında daha 2 kəndi ələ keçirib.Hələbin qərb çölündə rejim əleyhdarı qrupların nəzarəti ələ keçirdiyi qəsəbə və məntəqələr arasında əvvəllər Əsəd rejiminin nəzarətində olan ərazilər də var
n .
Hələb şəhər mərkəzinin 5 kilometrliyinə yaxınlaşaraq 250 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirən rejim əleyhdarı qruplar, günün ilk saatlarında Hələb Neyrap Hərbi Hava Limanına da pilotsuz təyyarələrlə hücum edərək 1 helikopteri məhv edib.

Münaqişə davam edərkən Əsəd rejimi qurudan-yerə silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
42
16
aia.az

10Mənbələr