AZ

Azərbaycan dilində peşəkar dublyaj olunan “Paddinqton 3” təqdim edildi

“Dəniz Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında Azərbaycan dilində peşəkar dublyaj olunan “Paddinqton 3” ailə komediyasının təqdimatı keçirilib.

Tədbirdə təkcə böyüklər deyil, uşaqlar, həmçinin xüsusi nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış insanlar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri də iştirak ediblər.

Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik, və Məmmədabağır Eyvazov səsləndiriblər.

Dublyajın rejissoru – Vüqar Hüseynov, prodüser və səs rejissoru – Teymur Kərimov, tərcüməsi – Aytən Nəsirlidir.

Paddinqton 3 — “StudioCanal” tərəfindən istehsal olunmuş və britaniyalı yazıçı Maykl Bondun beynəlxalq bestseller uşaq kitabları seriyası əsasında debütant Duqal Uilsonun rejissorluğu ilə çəkilmiş filmdir.

Filmdə baş rolları “Oskar” mükafatçısı Oliviya Kolman, “Oskar” namizədi Antonio Banderas, BAFTA premiyasına namizədi Emili Mortimer və Karla Tous canlandırıb. Həmçinin franşizadan artıq tanıdığımız aktyorlar da öz rollarına qayıtdılar: Hyu Bonnevill, Culi Uolters, Cim Brodbent, Madlen Harris və Semuel Coslin.

Lüsi xala yenidən Imelda Stonton, Paddinqton isə Ben Uişou (BAFTA mükafatın laureatı) tərəfindən səsləndirilib.

Film haqqında qısaca: Paddinqton və Braun ailəsi ayı balasının vətəninə – Peruya yola düşür! Lakin yerindəcə məlum olur ki, sevimli xala Lüsi müəmmalı səbəbdən özü səyahətə çıxıb. İndi bütün ailə geniş Amazonun çayları, meşələri və dağ zirvələri ilə onun ardınca maraqlı bir macəraya başlayır.

Film əvvəlki hissələrdən fərqlənir. Əvvəllər hadisələr Paddinqtonun evinə çevrilən Braun ailəsinin Londondakı evindən başlayırdı. Amma indi isə hər şey başqadır. Braunlar vəhşi təbiətə naməlumlara doğru gedir. Bu səyahət zamanı personajların hər biri özləri və ailədəki yeri haqqında yeni bir şey başa düşürlər. Sınaqlar onların birləşməsinə kömək edir.

“Paddinqton 3” tamaşaçılara xatırladır ki, haradan olmağınızdan asılı olmayaraq, siz həmişə öz əsl evinizi tapa və dünyanı yaxşılığa doğru dəyişdirə bilərsiniz.

Tərəfdaşların təşəbbüsü ilə Cinema Distribution, CineMastercard kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə Azərbaycan tamaşaçıları üçün “Paddinqton 3” filminin peşəkar dublyajı olunub.

Dublyaj işi filmin orijinal ab-havasını və ruhunu qoruyub saxlamaq, eləcə də personajların səmimi duyğularını tamaşaçılara çatdırmaq üçün əlindən gələni edən ixtisaslaşmış dublyaj şirkətinin təcrübəli komandasına həvalə edilib. Filmin yaradıcılarının ideyalarına uyğun olaraq personajların səslərinin və cizgilərinin təbii və üzvi səslənməsi üçün detallara xüsusi diqqət yetirilib.

Cinema DistributionCineMastercard kinoteatrı və VOLGA kino şirkəti əməkdaşlığının nəticəsi ilə fəxr edir və inanır ki, filmin lokallaşdırılmasına peşəkar yanaşma tamaşaçılara sevimli qəhrəman balaca ayı Paddinqtondan füsunkar hekayəsindən daha da həzz almağa kömək edəcək.

Tədbirin təşkilində dəstək göstərilib: “VOLGA” kino şirkəti, Cinema Distribution, Brand Media Groups, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “7 Gül” gül butikindən dekorasiya, “Pon-Pushka” ponçikləri, Animator.az və Magic Face Art.

Qeyd etmək istərdik ki, “CineMastercard” premium kinoteatrlar şəbəkəsində Azərbaycan dilində peşəkar dublyaj olunan “Paddinqton 3” filmi noyabrın 28-dən etibarən nümayişə başlayacaq.

Seçilən
53
10
minval.info

10Mənbələr