Gürcüstan parlamenti İrakli Kobaxidzeni baş nazir postuna təsdiqləyib.
İclas qanunverici orqanın mətbuat xidməti tərəfindən "YouTube"-da yayımlanıb.
"Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti və onların proqramını 84 deputat dəstəkləyib",- parlamentin spikeri Şalva Papuaşvili bildirib. Heç kim bunun əleyhinə səs verməyib.
Qeyd edək ki, iclasda yalnız hakim “Gürcü arzusu” partiyası iştirak edib. Müxalifət parlament seçkilərinin nəticələrini tanımır.