AZ

2025-ci ildə Azərbaycan və Latviya arasında əməkdaşlıq çərçivəsində tədbirlər və platformalar planlaşdırılıb

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Latviya Ticarət və Sənaye Palatası 2025-ci ildə əməkdaşlıq razılaşması imzalamağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" tədbirində məlumat verib.

Yusif Abdullayev qeyd edib ki, Azərbaycan və Latviya arasındakı mövcud əlaqələr və tarixi ənənələr ölkələrin potensialını tam əks etdirmir. O, bu istiqamətdə ciddi işlərin görülməli olduğunu və şəbəkələşmə məqsədilə keçirilən tədbirlərin vacib olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən 20-dən çox şirkətin tanış olması və əlaqələr qurması əsas məqsəd olub. Abdullayev, həmçinin iri biznes forumlardan daha çox "Networking" formatına üstünlük verdiklərini, çünki bu format şirkətlərə daha çox vaxt keçirərək, əlaqələr qurmaq və əməkdaşlığı müzakirə etmək imkanı verdiyini qeyd edib.

Bundan əlavə, 2025-ci ildə Latviya Ticarət və Sənaye Palatası ilə imzalanacaq razılaşma çərçivəsində əməkdaşlıq istiqamətləri və tədbirlər planı hazırlanacaq. Bu plan Latviya şirkətlərinin Azərbaycana və Azərbaycan şirkətlərinin Latviyaya cəlb olunmasını, iqtisadi inkişafı və ixrac-idxal əməliyyatlarının artırılmasını əhatə edəcək. Yusif Abdullayev, həmçinin investisiyaların stimullaşdırılması, texnologiyaların transferi və təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Razılaşma imzalandıqdan sonra bir neçə tədbir və platforma da planlaşdırılır.

Seçilən
10
fins.az

1Mənbələr