AZ

Əhalinin nəzərinə - sabah əhəmiyyətli dərəcədə güclənəcək

Noyabrın 29-u Yer güclü maqnit qasırğalarının hücumuna məruz qala bilər.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə alimlər xəbərdarlıq edib.

Belə ki, sabah qasırğa əhəmiyyətli dərəcədə güclənəcək - G1 sinfinə çatacaq (belə qasırğaların yalnız beş güc səviyyəsi var, maksimum G5).

Noyabrın 29-da səhər saatlarında qasırğalar daha da güclənəcək və G2 səviyyəsinə çata bilər.

Eyni zamanda ekspertlər qeyd ediblər ki, sabahın ikinci yarısında Yerin maqnit sahəsi "sakitləşəcək".

Alimlər belə qənaətə gəliblər ki, maqnit qasırğası ehtimalı 20, güclü maqnit qasırğası ehtimalı isə 40 faiz təşkil edir.

Milli.Az

Seçilən
38
milli.az

1Mənbələr