AZ

Kreml: Qərb ya Putinin şərtini qəbul etməlidir, ya da ki...

ABŞ və Qərb Rusiya prezidenti Vladimir Putinin sülh təklifinə alternativin olmadığını qəbul etsələr, Ukrayna böhranının danışıqlar yolu ilə həllini tapmaq mümkündür.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Əgər onlar öz aldadıcılıqlarında davam etsələr, hansısa düşünülməmiş sxemlərdə israr etsələr, yardım və silah-sursat verməklə vəziyyəti gərginləşdirsələr, Kiyevi yeni təxribatlara və cinayətkar əməllərə sövq etsələr, o zaman, təbii ki, danışıqlar üçün heç bir əsas olmayacaq. Seçim onlarındır. Seçim isə sadədir: ya Putinin təklifini qəbul etmək, ya da onlar üçün vəziyyətin daha da pisləşməsi perspektivi ilə olduğu yerdə qalmaq”, - Sergey Ryabkov vurğulayıb.

Mürtəza
Ölkə.Az

Seçilən
8
olke.az

1Mənbələr