AZ

Rusiyanı zəhərli duman bürüdü

Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhəri normadan artıq çirklənmə səbəbindən dumana bürünüb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Mash Batash" Telegram kanalı məlumat yayıb.

 

Bildirilir ki, Çernikovka ərazisində noyabrın 28-i cümə axşamı günü havada izopropilbenzolun miqdarı normadan təxminən 10 dəfə çox olub. Qatı duman səbəbindən görmə qabiliyyəti azalıb, P-240 avtomobil yolunun 147-ci kilometrdən 169-cu kilometrədək olan hissəsi bağlanıb.

 

Başqırdıstanın Ekologiya Nazirliyi dumanın baş verməsini sakit hava ilə əlaqələndirib. Şəhər sakinləri yaranmış vəziyyətə görə fabrikləri günahlandırıblar. "Ultradesign" ağac emalı müəssisəsi şərh edib ki, noyabrın 25-dən Ufa və Ufa vilayətində ilk əlverişsiz hava şəraiti rejimi, 26 noyabr saat 10:00-dan isə ikinci rejim elan edilib.

 

Bu, havanın sakit olduğu dövrdür ki, bu da havada zərərli çirkləndiricilərin toplanmasına səbəb olur. (Publika.az)

Seçilən
20
2
sfera.az

10Mənbələr