Niderland Ukraynaya üç "Patriot" zenit-raket kompleksi verib. AFN.az "Newsweek"ə istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin rəhbəri bildirib.“Dağıdıcı hava reydləri davam etdiyi üçün ukraynalıları sərt qış gözləyir. Bu, insanların həyatını xilas edir və həyati vacib infrastrukturu qoruyur”, - deyə nazir bildirib.Avropa Parlamenti Ukraynaya silah tədarükü və Rusiyaya qarşı sanksiyalarla bağlı qətnaməni təsdiqləyib. Deputatlar Avropa İttifaqına üzv ölkələri Ukraynanı daha çox uzaqmənzilli silahlar və müasir hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot və SAMP/T ilə təmin etməyə çağırıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta