AZ

Yaponiya ərazisində Amerikanın raketlərini yerləşdirmək planları yoxdur

Yaponiyanın Moskvadakı səfiri Akira Muto Rusiyanın “National Defence” jurnalına verdiyi şərhdə bildirib ki, hazırda Yaponiya ərazisində Amerikanın orta və daha qısa mənzilli raketlərini yerləşdirmək planları yoxdur.

"Amerikanın orta mənzilli raketlərinin Yaponiya ərazisində yerləşdirilməsi ehtimalı ilə bağlı çoxlu müxtəlif bəyanatlar var",-deyə o bildirib.

Səfir vurğulayıb ki, Tokio və Vaşinqtonun hazırda belə planları olmadığını açıq və birmənalı şəkildə deyə bilər.

Onun sözlərinə görə, gələcəkdə belə raketlərin yerləşdirilməsinin mümkünlüyü barədə qərar “müstəqil şəkildə və Yaponiyanın sırf milli maraqları əsasında qəbul ediləcək”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Nikolay Nozdrev bildirmişdi ki, Moskva hərbi planlamasında Amerikanın orta və qısa mənzilli raketlərinin (INF) Yaponiyada mümkün yerləşdirilməsini nəzərə alacaq.

Yaponiyanın “Sankei” qəzetinin yazdığına görə, Birləşmiş Ştatlar artıq 3-4 il əvvəl yerüstü orta mənzilli raketləri – LRHW və ya Tomahawk yerləşdirmək məqsədilə Yaponiyanın mövqeyini tədqiq etməyə başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya ABŞ raketlərinin Yaponiyada peyda olacağı təqdirdə, yenilənmiş nüvə doktrinasına əsaslanan addımlar atacaq.

 

Nigar

Seçilən
32
oxu24.com

1Mənbələr