AZ

Sankt-Peterburqda restoranda zəhərlənən 16 nəfər xəstəxanaya yerləşdirilib

Rusiyanın Sankt-Peterburq şəhərində restoranlardan birində yemək yedikdən sonra 16 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 28-də “İzvestiya”ya mənbə bildirib.

Həmsöhbətin sözlərinə görə, bütün zərərçəkənlərə lazımi yardım göstərilir. İlkin məlumatlara görə, onların hamısında salmonellyoz (kəskin bağırsaq infeksiyası) əlamətləri var.

Hazırda xəstələrin vəziyyəti kafi qiymətləndirilir.

QAZİLER.AZ

Seçilən
12
qaziler.az

1Mənbələr