"Artıq respublikamız qlobal xarakterli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fəqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Bununla Azərbaycan həm də bu konfranslarda aktual problemləri qaldıraraq onların həlli üçün mühüm təşəbbüslərlə çıxış edir. Nümunə üçün deyək ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə məhz ölkəmizin bu istiqamətdə atdığı tarixi addımlar onun qlobal siyasətə verdiyi töhfəni əhəmiyyətli dərəcədə zənginləşdirdiyini təsdiq edir.
COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar Azərbaycan Respublikasının qlobal problemlərin həllinə verdiyi töhfələrin, əldə etdiyi davamlı mövqeyin, oynadığı mühüm rolun, beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31