Başqırdıstan Respublikasının paytaxtı Ufada əvvəllər içərisində boya və lak məhsulları olan sənaye binası yanır.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi noyabrın 28-də özünün Telegram kanalında məlumat yayıb.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Başqırdıstanda baş vermiş böyük yanğını söndürürlər”, - nəşr yazır.
Hadisə yerində 46 mütəxəssis və 14 texnika işləyir.
“İzvestiya” mənbəsinin məlumatına görə, yanğının sahəsi 2 min kvadratmetrdir.
QAZİLER.AZ