AZ

Sudanda vəba epidemiyasına yoluxanların sayı 43 mini keçib

Sudanda vəba epidemiyasına yoluxanların sayı 43 mini keçib.

Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 43 min 490-a yüksəldiyi bildirilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, açıqlamada epidemiyada həyatını itirənlərin sayının 1187-yə yüksəldiyi bildirilib.

Digər tərəfdən, dang qızdırması hallarının sayının 8 min 8-ə çatdığı və 16 nəfərin bu xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya xəstəlikləri riski altında olduğunu bildirib.

BMT-nin Uşaq Fondu oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

QAZİLER.AZ

Seçilən
14
1
qaziler.az

2Mənbələr