Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Oman Sultanı Heytəm bin Tariqə maraqlı hədiyyə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Hədiyyə xəttat Hüseyn Qutlu və onun 66 nəfərlik komandasının hazırladığı “İstanbul Müshafı”ı kitabı olub.
Prezident Ərdoğan və Bin Tariq əlyazma haqqında məlumat alıblar.
Qeyd edək ki, sözügedən kitabın ərsəyə gəlməsi üçün uzun zaman sərf olunub.
850 səhifəlik əlyazmada İslamın yaranması və mühüm hadisələri və “Qurani-Kərim”dən hissələr əks olunub. Kitabın vərəqlərinin hazırlanmasında 800 min yumurtanın ağından istifadə edilib.