"Liverpul"un baş məşqçisi Arne Slot "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis komandalar arasında keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib:
"Yeni möhtəşəm fikirlə gəlsə, təəccüblənmərəm. İlk dəfə çevrilmiş cinah müdafiəçi oynadan Qvardiola idi. Müdafiəçini 6 nömrə mövqeyində də oynadan o idi. Ona görə Pep bir daha kiminsə düşünmədiyi bir yenilik gətirərsə, heç kim təəccüblənməz. Bu səbəbdən Qvardiola bir çox məşqçiləri ilhamlandırıb. Yenilik gətirəndə əvvəlcə hamımız düşünürük ki, Pep dəlidir. Amma sonra uğurlu olur və biz də başlayırıq həmin şeyi tətbiq etməyə".
Qeyd edək ki, "Liverpul" - "Mançester Siti" oyunu dekabrın 1-i, saat 20:00-da başlayacaq.