AZ

Qazaxıstanda buna hazırıq - Putin

Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən danışıqlarda Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) yaradılması mövzusunun müzakirə olunduğunu bildirib.

Axar.az xəbər verir ki, dövlət başçısı mətbuat konfransında bildirib.

“Əgər Qazaxıstan nüvə enerjisi sahəsində layihələr həyata keçirərsə, təbii ki, hər bir sifarişçi kimi, onun özü üçün ən məqbul texnoloji həllər və maliyyə sxemlərini seçmək hüququ var”, - o qeyd edib.

Putin vurğulayıb ki, son qərarı həmişə sifarişçi verir.

“Əgər tərəfdaşlarımız arasında, bu halda Qazaxıstanda, bəzi həlləri, o cümlədən üçüncü ölkələrin texnoloji həllərini tətbiq etmək, onların mütəxəssislərini birgə işə cəlb etmək ehtiyacı və istəyi varsa, bu da mümkündür və “Rosatom” belə bir təcrübəyə malikdir”.

Seçilən
63
3
axar.az

4Mənbələr