AZ

Uşaqlara sosial şəbəkəni qadağan edən qanunu Türkiyə də qəbul edəcək - Ölkələrdə vəziyyət

Türkiyədə 13 yaşından kiçik uşaqlar üçün media proqramlarına və sosial şəbəkələrə girişin qadağan edilməsi məsələsi müzakirə olunur. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya İdarəsinin sədr müavini Abdulkerim Gün deyib. 

Professor Tuncay Dilçi bu layihənin təqdimatı zamanı 13 yaşından kiçik uşaqlar üçün ağıllı telefonların bir çox ölkədə qadağan olunduğunu deyib və Türkiyədə də oxşar qaydanın tətbiqini təklif edib.

Uşaqların sosial mediadan istifadəsinə bir sıra ölkələrin təcrübəsi nümunə kimi göstərilib.

Belə ki, ABŞ-nin bəzi ştatlarında 2025-ci ildə 14 yaşından kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun qüvvəyə minəcək.

Çində 16 yaşından kiçiklər üçün sosial media hesabı açmaq valideyn icazəsindən asılıdır. Saat 22:00-dan 06:00-a kimi mobil cihazlara və internetə çıxış qadağandır.

Fransada 15 yaşdan kiçiklər üçün sosial mediaya giriş valideyn icazəsindən asılıdır.

Cənubi Koreyada 00:00-dan 06:00-a qədər 16 yaşından kiçik uşaqlar üçün onlayn oyunlar qadağandır.

Böyük Britaniya və Rusiyada 13 yaşdan kiçik şəxslər üçün onlayn platformalarda hesabların açılması məhduddur.

İtaliyada 14 yaşından kiçik hər kəs üçün mobil telefona sahib olmaq və 16 yaşından kiçik hər kəs üçün sosial media profili açmaq qadağandır.

Avstraliya parlamenti isə bu gün 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Seçilən
33
3
unikal.az

10Mənbələr