UEFA Avropa Liqasının 5-ci tur çərçivəsində "Beşiktaş" bu gün Bakı vaxtilə saat 21.45-də Macarıstanda İsrailin “Makkabi Tel-Əviv” komandası ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, oyunda hesabı israillilər açıb.
"Beşiktaş" “Makkabi Tel-Əviv”in bu qoluna 38-ci dəqiqədə Rafa Silvanın qolu ilə cavab verib - 1:1.
45+3-də isə "Makkabi" yenidən önə çıxıb. Bu dəfə Perets fərqi artırıb - 1:2.
81-ci dəqiqədə isə "Makkabi" daha bir qola imza atıb - 1:3
Fərid ASLAN
MİA.AZ