AZ

Prezident "Qarabağ"ı təqib edən komandaya iri məbləğ ödədi

Premyer Liqanın 14-cü turu «Araz-Naxçıvan»a böyük miqdarda pul qazandırıb.

Tovuzda «Kəpəz»ə qalib gələn komanda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov tərəfindən mükafatlandırılb.

NFF-nın rəhbəri ötən həftələrdə olduğu kimi, yenə kollektivi sevindirməyə davam edib. O, bu dəfə «Araz»a 50 min manat ödəyib.

Elmar Baxşıyevin çalışdırdığı «ağ-qırmızılar» qərb səfərindən 2:0-lıq qalibiyyətlə ayrılıb. Felipe Santos və Bernardo Diasun qollarıyla 3 xal qazanan «Araz» liderlər qrupunda yerini bir qədər də möhkəmləndirib.

İndi onlar 33 xalla ikinci pillədədirlər və 1 oyun az keçirmiş «Qarabağ»dan 1 xal geri qalırlar.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr