AZ

Livan İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edir


“İsrail silahlı qüvvələri Livanda atəşkəs razılaşmasını bir neçə dəfə pozub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Livan ordusunun Mətbuat Xidmətinin sosial şəbəkə hesabında dərc olunmuş bəyanatında deyilir.
“İsrail 2024-cü il noyabrın 27 və 28-də atəşkəs razılaşmasını bir neçə dəfə pozaraq, Livanın hava məkanının sərhədlərini pozub və müxtəlif növ silahlarla Livan ərazilərinə zərbələr endirib”, - bəyanatda deyilib.
Açıqlamaya görə, Respublika Silahlı Qüvvələrinin komandanlığı səlahiyyətli orqanlarla razılaşdırılaraq İsrail tərəfində bu pozuntulara nəzarət edir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb ki, İsrail hərbçiləri Livanın cənubundakı “Hizbullah” raket anbarında “terror fəaliyyəti” aşkar edib, bundan sonra bu obyektə hava zərbəsi endirilib. Bu, tərəflər arasında barışıq başlayandan sonra ordunun Mətbuat Xidmətinin verdiyi məlumata görə, “Hizbullah” hədəfinə ilk zərbədir.
Seçilən
34
yeniavaz.com

1Mənbələr