Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə nümayişçilərə qoşulub və müqavimətə başladığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Prezident parlament binası qarşısında keçirilən etiraz aksiyasına qoşulub.
“Mən xalqımla həmrəyəm. Seçkilər yenidən keçirilənədək müqavimətimiz davam edəcək” – Zurabişvili deyib.