Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından (1:4) sonra qonaqların futbolçusu Jorj Mikautadze apasport.az saytına açıqlama verib.
- Oyun barədə düşüncələrin...
- Birinci hissədə bizə bir az çətin oldu. İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi. Bunun faydasını meydanda gördük. Beləcə daha çox qol vurduq.
- Qələbədən məmnunsan?
- Bakıya 3 xal üç xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi
- "Qarabağ" haqda nə deyə bilərsən?
- “Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çoxlu şansları oldu. Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi.
- Bakını gəzməyə vaxtın oldu? Şəhərimizi bəyəndin?
- Bakıda olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi. Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm.
İsmayıl Xeyrullayev
ÇL: "Borussiya"dan səfər qələbəsi, "Liverpul" "Real"ı məğlub etdi - YENİLƏNİB
Konfrans Liqası: “Başakşehir” yenə xal itirdi - YENİLƏNİB
Pyer Saj: “Xüsusi ssenari yoxdur”
Cordan Veretu: "Qarabağ" təhlükəli komandadır”
Levandovskidən unikal uğur - Ronaldo və Messidən sonra üçüncü oldu