AZ

Oyun sonrası Qurban Qurbanovdan AÇIQLAMA

"Əvvəlcə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlara sonadək bizə dəstək oldular. Hesab böyük olsa belə, futbolçularımdan razı qaldım".

"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna məğlub olduqları V tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, sonadək öz oyun üslubunda mübarizə apardıqlarını bildirib: "Təəssüf ki, hesab oyuna görə olmadı. Rəqibin futbolçuları ustalıq baxımından bizdən üstün idilər".

Mütəxəssis ikinci qolun texniki səhvdən vurulduğunu söyləyib: "Bundan sonra komandada durğunluq yarandı və üçüncü qol qapımızda gördük".

Baş məşqçi Avropa Liqasında pley-off şanslarının davam etdiyini vurğulayıb: "Bildiyiniz kimi, artıq yeni formatda mübarizə aparırıq. Rəqiblərimiz ildən-ilə güclənir. Qarşıdakı oyunlarda komandama inanıram".

Q. Qurbanov hücumçu Olavio Juninyonun çıxışından razı qaldığını bildirib: "Rəqibin qapısı önündə dörd təhlükəli epizod yaratdı. Yassin Benzianın isə oyunu alınmadı. Buna görə də onu əvəzlədim".

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu dekabrın 12-də səfərdə İsveçin "Elfsborq" komandasına qarşı keçirəcək.

Seçilən
6
unikal.az

1Mənbələr