AZ

Makron istefaya çağırılıb

Solçu “İtaətsiz Fransa” partiyasının qurucusu Jan-Lük Melenşon Fransadakı böhranlı vəziyyətdən çıxmaq üçün respublika prezidenti Emmanuel Makronu istefaya çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, siyasətçi bu barədə "X" hesabında yazıb.

"Hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var - respublika prezidentinin istefası", - deyə o qeyd edib.

Müxalifət partiyaları hökumətin təklif etdiyi 2025-ci il dövlət büdcəsi layihəsi ilə razılaşmadıqlarını bildiriblər. Onlar baş nazir Mişel Barnierə etimadsızlıq səsverməsi ilə hədələyiblər. Müxalifətin büdcə layihəsi ilə bağlı əsas şikayətləri orada nəzərdə tutulan hökumət xərclərinin 60 milyard avro azaldılması ilə bağlıdır.

Seçilən
20
operativmm.az

1Mənbələr