AZ

“Angela, lütfən məni bağışla” - Putin

Almaniyanın keçmiş kansleri Angela Merkel öz memuar kitabında Rusiya Prezidenti Vladimir Putinlə 2007-ci ildə Soçidə keçirilən danışıqlar zamanı Putinin Koni adlı qara Labrador itinin otağa girməsi və ondan qorxması ilə bağlı xatirələrini bölüşüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Putin keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Merkelin itlərdən qorxduğunu bilmədiyini deyib.

Rusiya lideri Merkellə bu barədə danışdığını və ondan şəxsən üzr istədiyini xatırladıb: “Açığı, bu barədə Merkelə demişdim ki, onun itlərdən qorxduğunu bilmirdim. Bilsəydim, bunu heç vaxt etməzdim. Əksinə, mən rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Sonradan bildim ki, itlərdən qorxur”.

O, əlavə edib ki, özü də Almaniyada yaşadığından və orada ev heyvanlarına müsbət münasibət bəslənildiyini bildiyi üçün xoş ab-hava yaratmaq istəyib.

“Mən ona media vasitəsilə yenidən müraciət edirəm. Angela, lütfən məni bağışla, mən səni incitmək istəmirdim, əksinə, söhbətimiz üçün əlverişli atmosfer yaratmaq istəyirdim”, - deyə Putin bildirib.

Ölkə başçısı qeyd edib ki, Merkel sonradan onu uşaq vaxtı it dişlədiyini və psixoloji travması olduğunu deyib: “Bunu biləndə ondan üzr istədim”.


Seçilən
131
39
qafqazinfo.az

10Mənbələr