Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən,yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlifərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köçkarvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Trend xəbər verir ki, bumərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb. Doğmayurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı iləəhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdətəxminən 30 min insan məskunlaşıb. Doğma yurdlarına qayıdan keçmişməcburi köçkünlərlə yanaşı, hazırda bu bölgələrdə aparılanbərpa-quruculuq işlərinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bu güntəkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan1300-dən çoxu Qarabağ Universitetində çalışır və ya təhsil alır.Daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam ortaməktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azadedilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çoxinsan çalışır.