Kanadanın Rəqabət Bürosu texnologiya nəhəngi Google-un sahibi "Alphabet"i onlayn reklamdan sui-istifadə etdiyi iddiası ilə məhkəməyə verib. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildrilib."Rəqabət Bürosu Kanadada onlayn reklam texnologiyası xidmətləri sənayesində rəqabətə zidd davranışa görə Google-a qarşı iddia qaldırır. Hərtərəfli araşdırmadan sonra Büro şirkətin davranışını düzəltmək üçün Rəqabət Məhkəməsinə müraciət edib. Şirkətin kanadalıların maraqlarına uyğun olaraq davranışını düzəltməyə çalışacağına inanırıq”, - deyə açıqlamada qeyd olunur.Aparılan ilkin araşdırmadan sonra tənzimləyici müəyyən edib ki, internetin Kanada seqmentində ən böyük reklam xidmətləri təminatçısı olan Google hakimiyyət mövqeyindən sui-istifadə edir və bu, digər bazar iştirakçılarının rəqabət imkanlarını məhdudlaşdırır".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta