AZ

Makron istefa verməlidir, əks halda...

Fransanın “Yeni Xalq Cəbhəsi”nin qeyri-rəsmi lideri sayılan ifrat solçu partiyanın qurucusu Jan-Lük Melenşon ölkə prezidenti Emmanuel Makronu və hökumət başçısı Mişel Barnyeni istefaya çağırıb. 

 

Modern.az xəbər verir ki, istefa çağırışı büdcə böhranından sonra edilib.

 

“Hökumət son dəqiqələrini yaşayır. Cənab Makron impiçment və ya istefa yolu ilə getməli olacaq”, - partiyanın sosial şəbəkə hesabında yayılan bəyanatda deyilir.

 

Sözügedən çağırışı Melenşon da dəstəkləyib. Onun sözlərinə görə, müxalifətin hökumət başçısı postuna namizədi var - bu, Lüsi Kastdır. “Fransa xalqı qərar versin”, – siyasətçi yazıb. Jan-Lyuk Melenşon hesab edir ki, ölkə hökumətinin istefası gələn həftənin əvvəlində baş verə bilər.

Seçilən
27
modern.az

1Mənbələr