Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Qərb ölkələrinin Rusiya müharibədə iştirak etdiyini bildirib...
Poliqon xəbər verir ki, bu barədə Boris Conson “The Daily Telegraph” müsahibəsində danışıb.
Siyasətçinin fikrincə, Qərb onilliklərdir ki, digər dövlətlərin “bir əlini arxada bağlayaraq, Rusiya ilə tək əllə döyüşməyə məcbur edir. Conson həmçinin bildirib ki, mümkün atəşkəsi qorumaq üçün Britaniya qoşunları Ukraynaya yerləşdirilə bilər.
“Biz vəkalətnamə ilə müharibə aparırıq, lakin əlimizlə döyüşənlərə öz işlərini görmək imkanı vermirik”, deyə Conson vurğulayıb.
Ukraynada nizamlanma perspektivlərini dəyərləndirən siyasətçi bunun üçün müəyyən mərhələdə Avropa ölkələrindən sülhməramlılara ehtiyac ola biləcəyi barədə fikir bildirib.
“Düşünürəm ki, biz döyüş zonasına qoşunları göndərməliyik. Amma onlar yekun həllin bir hissəsi kimi, münaqişə zonasında yerləşdirilə bilər. Çoxmillətli Avropa sülhməramlı qüvvələri sərhədə nəzarət etmək və ukraynalılara kömək etmək üçün bu missiyanı üzərinə götürməlidir. Mən belə bir əməliyyatın ingilislərin iştirakı olmadan həyata keçirilə biləcəyini təsəvvür edə bilmirəm”, deyə Böyük Britaniyanın keçmiş baş naziri deyir.
Consonun sözlərinə görə, London Ukraynanın düşdüyü vəziyyətə görə mənəvi məsuliyyət daşıyır, çünki Böyük Britaniya 1994-cü ildə Kiyevin nüvə silahından imtina etməsi üçün şərait yaradan postsovet respublikası üçün təhlükəsizlik zəmanətləri haqqında Budapeşt Memorandumunu imzalayıb. Consona görə, Britaniya və ABŞ bununla da ukraynalıları bu gün Rusiyanı dayandıra biləcəkləri nüvə silahlarından məhrum etdilər.
Poliqon.info