AZ

Kanada "Google"u məhkəməyə verdi

Kanada onlayn reklamla bağlı münaqişəyə görə Amerikanın "Alphabet" korporasiyasını ( "Google"un sahibi) məhkəməyə verib - Ottava texnologiya nəhənginin onlayn reklam bazarından sui-istifadə etdiyini iddia edir.

Publika.az bu barədə Kanada Rəqabət Bürosuna istinadən xəbər verir.

“Rəqabət Bürosu "Google"u Kanadada onlayn reklam texnologiyası xidmətlərində rəqabətə zidd davranışa görə məhkəməyə verir. Hərtərəfli araşdırmadan sonra Büro şirkətin davranışını kanadalıların maraqları naminə düzəltmək üçün Rəqabət Tribunalına ərizə ilə müraciət edib", - büro bildirib.

"Google" Kanadada onlayn reklam xidmətlərinin əsas provayderi kimi texnologiya nəhənginin öz mövqeyindən sui-istifadə etməkdə və bazarın digər oyunçularına normal rəqabət aparmağa imkan verməməkdə ittiham olunur.

Seçilən
28
2
publika.az

3Mənbələr