Hava aralaylı asma fasadların quraşdırılması stasionar və hərəkət etdirilən inşaat ayaqaltıları, asma quraşdırma meydançaları və ya qülləli qaldırıcılardan istifadə etməklə həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Sistemin quraşdırılması mayakların qoyulması ilə başlanılır. Konsol dirsəklərin və istiqamətləndiricilərin (yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya) quraşdırılması və bərkidilməsi hazırlıq işləri və sınaqların aparılması dövründə kompleks işlər üçün nəzərdə tutulan sxemə uyğun olaraq həyata keçirilməlidir.