Yeni tikintidə hava aralaylı asma fasadların quraşdırılması üçün nəzərdə tutulmuş xarici divarların qəbulu müvafiq aktla sənədləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Tamamlanmış beton və dəmir-beton konstruksiyaları və ya qurğuların hissələrini qəbul edərkən aşağıdakılar yoxlanılmalıdır:
– konstruksiyaların işçi cizgilərə uyğunluğu;
– layihədə göstərilən möhkəmliyə və digər göstəricilərə görə betonun keyfiyyəti;
– istifadə olunan materialların təyin olunmuş tələblərə, üstü örtülən işlərin və ya məsul konstruksiyaların qəbulu aktları ilə təsdiqlənmiş uyğunluğu.