Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
UEFA Avropa Liqasında mübarizə aparan Ağdam klubu Liqa mərhələsinin V turunun matçına çıxıb.
Qurban Qurbanovun komandası ev oyununda “Lion”la görüşüb. Əvvəlki 4 görüşdə üç xal toplayan “Qarabağ” Fransa klubu ilə görüşdə azarkeşlərini sevindirə bilməyib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionu 1:4 hesabı ilə uduzub.
Qurban Qurbanovun komandası turnirdə evdə keçirdiyi 3-cü oyunda da məğlubiyyətlə üzləşib. "Qarabağ" bundan əvvəl Bakıda "Malmö" və "Ayaks"dan zəif olub.
Qeyd edək ki, növbəti oyununu dekabrın 12-də keçirəcək “Qarabağ” İsveçdə “Elfsborq”la üz-üzə gələcək.