AZ

Zurabaşvili Avropa liderlərinin sərt reaksiyasına ümid edir

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidəki etiraz aksiyasının zorla dağıdılmasına Avropa liderlərindən “sərt reaksiya” gözləyir...

Poliqon xəbər verir ki, Salome Zurabişvili bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Avropa paytaxtlarından sərt reaksiya gözləyirəm”, deyə Gürcüstan prezidenti vurğulayıb.

Prezident qeyd edib ki, postunu yazarkən polis etirazçılara qarşı zorakıılığını davam eydirir.

“Rustavelidə etirazlar və repressiyalar hələ də davam edir. Hədəflər jurnalistlər və siyasi liderlərdir”, deyə Zurabaşvili qeyd edib.

Qeyd edək ki, dünən Gürcüstan hökümətinin Avropa Birliyi ilə danışıqları dayandırmaqla verdiyi bəyanatdan sonra Tbilisidə və digər şəhərlərdə etiraz aksiyaları başlayıb. Zurabişvili etiraz aksiyasında iştirak edib və xüsusi təyinatlıları nümayişçilərə qarşı güc tətbiq etməməyə inandırmağa çalışıb.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr