AZ

Yüksək qiymət, keyfiyyətsiz xidmət: Azərbaycanda hotellərin boş qalmasının səbəbləri

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hotellərinin dolum səviyyəsi 24,8% təşkil edib. Məlumata görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıqdır. Yəni ötən illərdə daha az müştəri olub. Demək olar ki, hotellər boş qalıb.

Bildiyimiz kimi, Azərbaycanda hotellərin sayı kifayət qədər çoxdur. Ancaq nədənsə, ölkədə hotel biznesi inkişaf etməyib. Yəni bu qədər hotellər tikilməsinə baxmayaraq, sahibkarlar müştəri cəlb edib, gəlir əldə edə bilmirlər.

Bölgələrdən Bakıya və yaxud Bakıdan bölgələrə hər hansı bir iş üçün gedib-gələn insanlar gecələmək üçün yer tapmaqda çətinlik çəkirlər. Çox vaxt xüsusi evlərdə gecələməyi daha üstün tuturlar. Səbəb isə qiymətlərin çox baha və xidmət səviyyəsinin aşağı olması göstərilir.

Maraqlıdır, hotellər müştəri cəlb edə bilmədikləri halda niyə onların sayı günü-gündən artır? Vətəndaşların hotellərdən istifadə etməməsinin səbəbləri nədir?

Mövzu ilə bağlı Publika.az-a danışan ekspert Razi Abbasbəyli bildirdi ki, Azərbaycanda hotel biznesi demək olar ki, inkişaf etməyib:

“Bu biznesin inkişaf etməməsinin bir sıra səciyyəvi səbəbləri var. Birinci növbədə xidmət səviyyəsinin yetərli olmamasını qeyd edə bilərik. Qidalanma, istirahət potensialı üçün vətəndaşlara lazımi şəraitin yaradılmaması, təmizlik, sanitar gigiyenik normalara əməl edilməməsi və sair problemlər də var”.

Ekspertin fikrincə ,ən vacib səbəblərdən biri də qiymətlərin kifayət qədər baha olmasıdır:

“Azərbaycanda hotellərin qiymətləri kifayət qədər yüksəkdir və bu da vətəndaşların gəlirləri ilə adekvat deyil. Qiymətlərin yüksək olmasının da bir sıra səbəbləri var. Məsələn, kommunal xərclər, lisenziyalaşma, ərzaq məhsullarının qiymətinin bahalaşması, mal və məhsulların xidmət sektoru üzrə qiymətlərinin yüksək olması hotel biznesi ilə məşğul olan sahibkarların da xərclərini təbii olaraq artırır. Onlar da məcbur olurlar ki, hər şeyi baha qiymətə təklif etsinlər.

R. Abbasbəyli Azərbaycanda hotel biznesinin inkişaf etməməsinin digər səbəblərini də izah etdi:

“Hotellərdə vətəndaşların rahatlıq səviyyəsi lazımı səviyyədə deyil . Bir vətəndaşın yaşaması üçün lazım olan, məsələn, paltaryuyandan saçqurudana qədər, paltar ütüləmək üçün xidmətlər, digər əşyalarla təminat xidmətləri Azərbaycanda hələ tam formalaşmayıb. Hotellər yalnız boş otaqlardan ibarətdir. Hotellərdəki lazım olan məişət cihazlarının keyfiyyəti aşağıdır. Bu da əlbəttə ki, əsasən uzunmüddətli və yaxud da tətil dönəmində hotelə müraciət etmək istəyən vətəndaşlar üçün diskomfort yaradır. Belə məkanda yaşamaq onlar üçün əlverişli deyil. Onlar üçün diskomfort yaratdığı üçün digər alternativ üsullara, yəni şəxsi kirayə verilən mənzillərə üz tuturlar. Hotellərdə xidmət səviyyəsinin aşağı olması və yaxud da xidmət səviyyəsinin təklif edilən qiymətlərə adekvat olmaması da vətəndaşların hotellərə üz tutmasını azaldır”.

Turizm eksperti Rəhman Quliyev isə bildirdi ki, ölkədə hotellərin çox olması və gələn turistlərin hansı büdcəyə sahib olmasından asılı olaraq doluluq səviyyəsi qeyri-bərabər paylanılır:

Seçilən
11
1
publika.az

2Mənbələr