Livan İsrail ordusunun noyabrın 27-də səhər qüvvəyə minən atəşkəs razılaşmasını 2 gün ərzində “bir neçə dəfə” pozduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrailin atəşkəsi pozması ilə bağlı Livan ordusunun "X" hesabından açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşması qüvvəyə mindikdən sonra İsrail ordusu 27 və 28 noyabr tarixlərində atəşkəs razılaşmasını pozub.
İsrail Livan ərazisini hava zərbələri və müxtəlif silahlarla hədəfə alaraq bir neçə dəfə razılaşmanı pozub. Açıqlamada Livan ordusunun müvafiq orqanlarla pozuntuları izlədiyi bildirilib.
Bildirək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərşənbə noyabrın 27-dəqüvvəyə minib.
Aytən Yaşar/ Turkustan.az