AZ

İsveçdə telefon fırıldaqçılarının gəlirləri azalır

İsveçdə

İsveçdə telefon fırıldaqlarının sayı artmaqda davam edir, lakin cinayətkarların fişinq yolu ilə əldə etdikləri məbləğ nəzərəçarpacaq dərəcədə azalır.

AZƏRTAC xəbər verir ki, bunu İsveç polisinin təqdim etdiyi yeni məlumatlar sübut edir.

Polisin hesabatına görə, 2024-cü ilin yanvar - oktyabr aylarında telefon fırıldaqçılığı ilə bağlı 25147 ərizə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən min hadisə çoxdur. Bununla belə, dəymiş ziyanın məbləği ötən illə müqayisədə 42 faiz azalaraq 352 milyon kron (32 milyon dollar) təşkil edib.

Ekspertlər bu azalmanı bankların və hüquq-mühafizə orqanlarının səyləri ilə əlaqələndirirlər. Banklar şübhəli əməliyyatların qarşısını almaq üçün filtrlər, BankID elektron identifikasiya sisteminin surətlərinin istifadəsinə qadağa və fırıldaqçılığın aşkarlanması üsullarının təkmilləşdirilməsi kimi yeni məhdudiyyətlər tətbiq ediblər.

İsveç Bank Assosiasiyasının sədri Hans Lindberq qeyd edir ki, dəymiş ziyanın məbləğinin azalmasına baxmayaraq, cinayətin səviyyəsi həddən artıq yüksək olaraq qalır. Bank assosiasiyası əlavə tədbirlər, o cümlədən telefon nömrələrinin maskalanmasının qadağan edilməsi, fırıldaqçıları izləmək üçün reyestrin yaradılması və şəxsiyyət vəsiqələrinin həqiqiliyini real vaxtda yoxlamaq imkanı təklif edir.

Bank assosiasiyası əlavə tədbirlər, o cümlədən telefon nömrələrinin maskalanmasının qadağan edilməsi, müvafiq reyestrin yaradılması və şəxsiyyət vəsiqələrinin həqiqiliyini real vaxtda yoxlamaq imkanı təklif edir.

Bundan əlavə, müştərilər öz məhdudiyyətlərini təyin edə bilməlidirlər, məsələn, başqa şəxs tərəfindən böyük köçürmələrin təsdiqlənməsi. Bu tədbirlər cinayətkarların gəlirlərini azaltsa da, ekspertlər fırıldaqçıların yeni sxemlərə keçə biləcəyi barədə xəbərdarlıq edirlər.

“Biz görürük ki, cinayət şəbəkələrinin hələ də pula ehtiyacı var, ona görə də onların necə uyğunlaşa biləcəyini öyrənmək vacibdir”, - deyə Milli Polis Fırıldaqçılıq Mərkəzindən Lotta Mauritsson bildirir.

Fişinqlə mübarizədə irəliləyişlərə baxmayaraq, polis əməkdaşları və banklar maliyyə cinayətlərinin yeni formalarının qarşısını almaq üçün birgə işləməyə davam edirlər.

Seçilən
11
xalqcebhesi.az

1Mənbələr